Ağstafa rayonunda kafelərdən birində kütləvi dava baş verib.
Teleqraf.com xəbər verir ki, kafedə yeyib-içən bir neçə nəfər arasında əvvəlcə mübahisə, sonra əlbəyaxa dava olub.
Nəticədə Pirili kənd sakini, 1992-ci il təvəllüdlü Teyyub Qurbanzadə və Eynali kənd sakini, 1989-cu il təvəllüdlü Rövşən Abdullayev xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Məlumata görə, hadisə söyüş üstündə baş verib. Yeyib-içən dostlar sərxoş olandan sonra biri-biriləri ilə şit zarafatlar etməyə başlayıblar. Teyyub Qurbanzadə söyüş söyüb. Digərlərinin də təhqiredici ifadələr işlətməsi gənclərin mübahisəsinə səbəb olub. Mübahisə sonda cinayətlə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.