Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisisində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının qarşısını kəsib. Həmin şəxs özündə olan bıçaqla qadına hədə-qorxu gələrək, onun içərisində 70 manat, mobil telefon və sənəd olan çantasını alıb.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Nicat Əhmədov tutulub. Ondan 2,710 qram heroin götürülüb.