Dələduzluqda təqsirləndirilən Qalib Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Qalib Süleymanova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qalib Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduqluz, külli miqdarda törəldildikdə) maddəsi ilə itiham edilib.
O, iki nəfər şəxsə qarşı ümumilikdə 130 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinib. Məhkəmə istintaqı dövründə Qalib Süleymanov zərərin bir hissəsini ödəyib.