25 Noyabr 2017 21:00
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bir gündə iki bıçaqlanma baş verib.

Teleqraf.com-un məlumatına görə, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Tahir Qasımov bud nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Onu yaşıdı Kamran Həsənovun bıçaqladığı məlum olub. Kamran hadisəni törətdikdən sonra qaçıb. Onun axtarışlarına başlanıb.

Gəncə şəhərində daha bir bıçaqlanma hadisəsi qeydə alınıb. Şəhər sakini olan İlqar adlı şəxs qarnından bıçaq yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu üçün dindirmək mümkün deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki fakt üzrə araşdırma aparır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər