30 Noyabr 2017 18:06
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iki nəfər naməlum şəxs rayon sakini Nuran Babayevin qarşısını kəsib.

Onlar Nuran Babayevi bıçaqla hədələyiblər, daha sonra 500 manatını və mobil telefonunu alaraq, hadisə yerindən qaçıblar.

Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı Ağstafa rayon polis şöbəsinə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elşən Eybətov və Teymur Məsmalıyev saxlanılıblar.

Şübhəli şəxslər ilkin dindirmə zamanı törətdikləri cinayəti etiraf ediblər. Onların dost olduqları bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər