3 Dekabr 2017 13:57
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın metropolitendə polis şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri daxil olub.

Müraciətlər əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.

Araşdırmalarla paytaxt sakini, əvvəllər məhkum olunmuş İlham Axundovun noyabrın 24-dən dekabrın 1-dək olan müddətdə metronun müxtəlif stansiyalarında cibgirlik yolu ilə “Samsung”, “Samsung Galaxy Note5” və “İphone-6S” markalı 3 mobil telefonu oğurlaması müəyyən edilib.

Baxış zamanı onun üzərindən maddi sübut kimi götürülmüş “İphone-6S” markalı mobil telefonun əcnəbi vətəndaşa məxsus olduğu üzə çıxıb.

İlham Axundovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər