4 Dekabr 2017 22:46
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonu ərazisində avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində, qabaq hissəsi əzilmiş vəziyyətdə saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci polis bölməsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olduğu və onun dekabrın 3-nə keçən gecə “Mercedes” və “Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərdiyi də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov