Mingəçevir şəhərinin “Energetik” yaşayış massivində ata və oğul bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, həmin ünvana yaxın dayanacaqda şəhər sakini Elçin Qəmbərov bıçaqlanıb.
Həmin vaxt Elçin Qəmbərovun oğlu, 1993-cü il təvəllüdlü Elmir Qəmbərov isə 3 saylı təsərrüfatın ərazisində naməlum şəraitdə bıçaq xəsarəti alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.