11 Dekabr 2017 14:16
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda mənzildən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanması barədə polis şöbəsinə məlumat verilib.

Qadın pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Onun oğurladığı pulun 400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilib və həmin pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov