18 Dekabr 2017 15:24
555

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.

Teleqraf.com xəbər verir ki, Cəfər Xəndan küçəsində bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşları tərəfindən cinayəti törədənlər Bakı şəhər sakinləri - Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.


Müəllif: Hacı Zeynalov