Ağstafa rayonunun Qırlı kəndində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Ağstafa rayonunda işləyən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ərəstun Məmmədli bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Ərəstun Məmmədov mübahisə zəminində bibisi oğlu, 1998-ci il təvəllüdlü Elvin Əzimov tərəfindən bıçaqlanıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Elvin Əzimov həbs edilib.
Masallı rayonundan olan Elvin Əzimov dayısı oğlu Ərəstun Məmmədovla Ağstafa rayonunda işləyiblər. Fəhləliklə məşğul olan qohumlar pul bölgüsü üstündə yaranan mübahisə zəminində qanlı hadisə baş verib.
Faktla bağlı cinayət işi başlanıb.