Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Teymur Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İttihama görə, bu il mayın 10-da paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı hoteldə orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.
Məhkəmənin hökmü ilə Teymur Qasımov 1 il müddətinə azadlıqdan məhrum edilib.