Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 28 May qəsəbəsində yerləşən avtobus dayanacağında 1997-ci il təvəllüdlü Çingiz Qədirli bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, Çingiz Qədirlini 1995-ci il təvəllüdlü tanışı Mirzağa Məmmədov bıçaqlayaraq öldürüb. O, həmin vaxt dayanacaqda sərxoş tanışı ilə zarafatlaşıb və zarafatla onu bıçaqlayacağını deyib.
Sərxoş tanışı Çingiz Qədirlinin zarafatını ciddi qəbul edib və özündə olan bıçaqla onun ürək nahiyəsinə bir neçə zərbə vurub.
Cinayəti törədən Mirzağa Məmmədov Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşları tərəfindən həbs edilib. O, Binəqədi rayonunda “Köhnə Bakı” kafesində ofisiant işləyirmiş.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.