M.Ə.Rəsulzadə qəsəbəsində 1983-cü il təvəllüdlü Xəyalə Məmmədovanı əri bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadının boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı məlum olub.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında saxlanılan Xəyalə Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Xəyalə Məmmədovanı əri qısqanclıq zəminində cəzalandırıb. Kişi arvadının votsapda başqa bir kişi ilə danışdığını görüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.