Azərbaycanda bir nəfər suda batıb.
Teleqraf.com-un məlumatına görə, hadisə Göyçay rayonunda baş verib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Kürdşaban kəndi ərazisindən keçən hissəsində 1 nəfər suda batıb.
Suda batan şəxsin kimliyi və onun cəsədinin çıxarılması haqda əlavə məlumat veriləcək.