27 Dekabr 2017 14:07
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda cibgirlik etdiyi üçün tutulan şəxsin daha bir cinayəti üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Metropolitendə polis şöbəsinin əməkdaşları Seyfəddin Mustafayevin ətrafında araşdırma aparıblar.

Əməliyyat tədbirləri ilə onun dekabrın 14-də metronun “Elmlər Akademiyası” stansiyasında Bakı şəhər sakini Nuranə Hacıyevanın çantasından içərisində gümüş boyunbağı, yaddaş kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlaması müəyyən edilib.

Qeyd edək ki, dekabrın 8-də Bakı Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.

Faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olduğu məlum olub və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər