28 Dekabr 2017 21:59
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, dekabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan və 1 marketdən pul, mobil telefon, tütün məmulatı və məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.


Müəllif: Hacı Zeynalov