Bakının Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və içərisində 3000 manat pul olan seyfi oğurlanması barədə 19-cu polis bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Səməd Yusifov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun cari il iyunun 6-dan noyabrın 8-dək olan müddətdə rayon ərazisində 1 gözəllik salonundan, 1 tədris mərkəzindən və daha 1 mağazadan pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.