Samux rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Sərkar kənd sakini Elcan Əsgərov polisə ərizə ilə müraciət edərək evindən 5000 manat məbləğində pul oğurlandığını bildirib.
Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.