Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki alüminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Sabirabad rayon polis şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri - Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılıb.
Faktla bağlı bağlı cinayət işi başlanıb.