Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 3-cü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Ramiyyə Məhərrəmova naməlum şəxs tərəfindən əvvəlcə döyülüb, daha sonra bıçaqlanıb.
Ramiyyə Məhərrəmova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Məlum olub ki, Ramiyyə Məhərrəmova göz nahiyəsindən xəsarət alıb.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır.