Hacıqabul rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 4 evdən pul, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Elməddin Həsənov saxlanılıb.
Onun ötən ilin avqust-sentyabr ayları ərzində daha 1 evdən məişət əşyası, 1 avtomobildən pul və maqnitofon oğurlaması müəyyən edilib.
Elməddin Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.