11 Yanvar 2018 16:32
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının üç rayonunda və Yevlax şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Əzimov saxlanılıb.

Baxış zamanı ondan 510 qram heroin aşkar edilərək götürülüb.

Bakı şəhər sakini Yaqub Yunusov isə Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərinə baxış zamanı 400 qram marixuana aşkar edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Elbrus Orucovdan 205 qram marixuana, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Talıbovdan 120 qram, qardaşı, əvvəllər məhkum olunmuş Kəmaləddindən 114 qram tiryək aşkarlayıblar.

Bundan başqa, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Musayev saxlanılıb, ondan 483 qram marixuana götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov