Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Azəri Mirzəyevin məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, Azəri Mirzəyev bu ilin aprelin 22-də sabunçu rayonu, Maştağa qəsəbəsi Nizami küçəsində qəsəbə sakini Nadir Məlikovu bıçaqlayaraq öldürüb.
Azəri Mirzəyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 11-nə təyin olunub.
Hacı Zeynalov