Xızı rayonunun Giləzi qəsəbəsində silahlı insident baş verib.
Teleqraf.com xəbər verir ki, qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla yanvarın 6-da Giləzi sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə Rasim Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirdiyi müəyyən edilib.
Azər Rəhimov saxlanılıb, ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal edilmiş tapança götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.