Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Kürdəxanı qəsəbəsində 1983-cü il təvəllüdlü Rəna İmamverdiyeva bıçaqlanıb. Yarslı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlum olub ki, Rəna İmamverdiyeva həyat yoldaşı Səbuhi ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən bıçaqlanıb.
Səbuhi əvəllərdə mütəmadi olaraq həyat yoldaşını döyüb.
Səbuhi İmamverdiyev polisə gələrək könüllü təslim olub. O, törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.