Səhər saatlarında Rusiyada zəlzələ qeydə alınıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin episentri Tomsk vilayətinin Kolpaşevo şəhərindən 280 km aralıda yerləşib.
Yeraltı təkanların gücü Rixter şkalası üzrə 4,4 bal olub.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.