25 Yanvar 2018 15:02
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirilən Rasim Quliyev və Vüsal Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birində baş verib. Həmin evə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyəndə hadisə yerini tərk ediblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Hadisəni törədən Vüsal Abdullayev Bakıda 36 saylı marşrut avtobusunun sürücüsü olub.

Saxlanılan şəxslər polisə ilkin ifadələrində bir neçə gün zərərçəkmişin evinin ətrafında olub, plan qurduqlarını deyiblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər