6 Avqust 2014 12:02
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Daşağıl kəndi ərazisində qeydə alınıb.

Ağsu rayon sakini Umud Soltanov idarə etdiyi “Mercedes” markalı avtomobili ilə yol qəzasına düşüb. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb və sonra avtomobil Muxas çayına düşüb.

Hadisə zamanı Umud Soltanov ölüb, avtomobildə olan sərnişin, Oğuz rayon sakini Yadigar Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: