9 Fevral 2018 19:55
1 382

Bakının Nərimanov rayonu ərazisində kirayədə yaşayan 1981-ci il təvəllüdlü Səxavət Piriyev həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səbinə Səfərovanın bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, yaralı təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən Səxavət Piriyev saxlanılıb.

İstintaqa ifadəsində Səxavət Piriyev deyib ki, arvadını evə gec gəldiyi üçün bıçaqlayıb.

Fevralın 8-də axşam saatlarında qadının işdən evə gec gəldiyini deyən Səxavət Piriyev bildirib ki, bu səbəbdən mübahisə ediblər. Arvadı ona kobud cavab verib. Səxavət Piriyev bıçağa əl atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov