Daşkəsən rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Əhmədli kənd sakini,1982-ci il təvəllüdlü Mahizər Abbasova bıçaqlanaraq öldürülüb.
Məlum olub ki, qadın qeyri-rəsmi nikahda yaşadığı 1978-ci il təvəllüdlü Qorxmaz Bəşirov tərəfindən öldürlüb.
Məlumata görə, hadisə qisqaclıq zəminində baş verib.
Həbs edilən Qorxmaz Bəşirov ilkin istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf edib.
Mahizər Abbasova bir neçə il əvvəl rəsmi nikahda olduğu həyat yoldaşından boşanıb, bir oğlu və bir qızı var.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.