25 Fevral 2018 19:04
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluğa cəhd göstərənlər cinayət başında yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Masazır qəsəbəsi, Zəngilan qaçqın şəhərciyinin yaxınlığında, qorunan neft kəmərlərinin ərazisində kəsilmiş vəziyyətdə olan 10 metr metal borunu oğurlamağa cəhd göstərən Culfa rayon sakinləri 1978-ci il təvəllüdlü Əkrəm Mustafayev və 1999-cu il təvəllüdlü Qurban Məhərrəmov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların barəsində tədbir görülməsi üçün Abşeron rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər