Arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Ayxan Məmmədovun şikayəti Ali Məhkəmənuin hakimi İmran Hacıqayıbovun icraatına verilib.
İlkin baxış iclası martın 6-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apelyasiya Məhkəməsi Ayxan Məmmədovun şikayətini təmin etməyib.
Ittihama görə, hadisə 2016-cı ilin fevralın 4-də Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov həyətdə arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovu polis saxlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə rektor arasında vasitəçilik edən Sevinc Babayevanın oğludur.
Sevinc Babayeva “İnterpol” xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.
Hacı Zeynalov