12 Mart 09:20

Sumqayıt şəhərində oğurluq və dələduzluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ağakişi Həsənov saxlanılıb.

Onun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər sakinləri olan 3 qadının mobil telefonları oğurlamaqda, habelə İlqar Mirzəyevə qarşı dələduzluq etməkdə şübhəli bilinib.


Müəllif: Hacı Zeynalov
Загрузка...