13 Mart 2018 18:43
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 21 manat, mobil telefon və geyim əşyaları oğurlanıb.

Ev sahibi bu barədə 20-ci polis bölməsinə məlumat verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Səfail Şahbazov və Sabirabad rayon sakini Lamin Abışov saxlanılıblar.

İstintaq araşdırması zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmaları üzə çıxıb. Onlar oğurluq etdikləri evdə kirayə qalırmışlar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov