18 Mart 2018 00:41
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda böyük ticarət mərkəzlərindən birində oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində fiziki şəxslərə məxsus müxtəlif təyinatlı mağazalardan məişət əşyaları oğurlanıb.

Qaradağ rayon mühafizə şöbəsinin əməkdaşları Ağstafa rayonunda anadan olmuş və paytaxtın Nərimanov rayonu ərazisində yaşayan 1949-cu il təvəllüdlü Məlikəhməd Əhmədov saxlayıblar.

O, 10-cu polis bölməsinə təhvil verilib.

Məlum olub ki, Məlikəhməd Əhmədov əvvəllər dəfələrlə məhkum olunub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər