Bakının Nərimanov rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 5 mənzilin su mühərriklərini oğurlanması barədə 18-ci polis bölməsinə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əli Quliyev və qardaşı Raqif saxlanılıblar.
İstintaq araşdırması zamanı Əli Quliyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.