19 Mart 2018 13:36
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində bir nəfərin civə satmaq istəməsi barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş idarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs civəni 5000 manata satarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Ruzigar Əbişov, satmaq istədiyi güclü təsiredici xüsusiyyətə malik ağır metalın çəkisi 736,8 qram metallik civə olduğu müəyyən edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər