27 Mart 2018 12:17
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə tanış olduğu insanlara dələduzluq edən şəxsin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci polis bölməsinə müraciət edən Şirvan şəhər sakini Rəsul Mehdiyev İnstaqramda onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin İsmayılov saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə, eləcə də 18-ci polis bölməsinə müraciət edə bilərlər.

Dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır. O, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, Yutub, İnstaqram, Feysbuk və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər