Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ağasalı Xəlilzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Ağasalı Xəlilzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il oktyabrın 21-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Ağasalı Xəlilzadə tanışları Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən mübahisə edib. Mübahisə sonradan davaya çevrilib.
Dava zamanı Ağasalı Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb.
İttihamda cinayətin baş vermə səbəbi gənclər arasında borca görə yaranmış mübahisə göstərilib.
Ağasalı Xəlilzadə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.