9 Avqust 2014 14:15
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anasını qətlə yetirən keçmiş məhkum tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 8-də İmişli rayonunun Qaralar kəndində əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Nəticədə anası hadisə yerində ölüb, Tünzalə xəstəxanaya yerləşdirilib.

İmişli RPŞ əməkdaşları tərəfindən E.Məmmədov tutulub.


Müəllif: