27 Aprel 2018 12:18
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirləndirilən Şöhrət Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Şöhrət Qədimov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, qətl hadisəsi 2016-cı il dekabrın 7-də Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

Quşçuluq sovxozunda yaşayan 30 yaşlı Şöhrət Qədimov qonşusu Şeydə Məmmədovu döyüb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Şöhrət Qədimov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) və 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər