30 Aprel 2018 15:20
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Atakişi Musayevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. O, barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.

Növbəti proses mayın 4-də davam edəcək.

İttihama görə, ötən ilin iyununda Şabran rayonu ərazisində “Hunday” markalı avtomobil “VAZ 21-011” markalı maşınla toqquşub.

Qəza nəticəsində rayonun Gəndov kənd sakini, 1974-cü il təvəllüdlü Qalib Bağırov ölüb, Elşən Şıxəliyev isə xəsarət alıb.

Hadisəni törətməkdə təqsirləndirilən Atakişi Musayev barəsində cinayət işi açılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atakişi Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Atakişi Musayev Şabran rayonu Dəvəçi Kənd Mədəniyyət şöbəsinin bədii rəhbəri vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər