Abşeron rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini,1982-ci il təvəllüdlü Aygün Məmmədova tutulub.
Aygün Məmmədovanın kirayə götürdüyü ünvanda əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. 32 yaşlı qadın kirayə yaşadığı mənzildə yüngül həyat tərzi keçirən qadınları kişi müştərilərlə görüşdürməsi barədə idarəyə məlumat daxil olub. Daxil olan məlumat əsasında idarə əməkdaşları əməliyyat keçirib.
Keçirilən əməliyyat nəticəsində Aygün Məmmədovanın yüngül həyat tərzi keçirən qadınları fahişəliyə cəlb etməsi barədə məlumat təsdiqini tapıb. Mənzildə yüngül həyat tərzi keçirən qadının kişi ilə görüşməsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov