12 Avqust 2014 18:20
2 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günün ikinci yarısında Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.

Məlumata görə, Beyləqan sakini olduğu bildirilən 30-35 yaşlarında kişi özünü Kür çayının Ulacalı kəndindən keçən hissəsində olan körpüdən suya atıb. Həmin şəxs Kür çayında boğulub.

Hadisənin şahidləri dərhal rayon polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə Rayon polis şöbəsi, prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri gəlib. Hazırda özünü Kür çayına atan şəxsin axtarışları davam etdirilir.

İntihar edən şəxs bir neçə il əvvəl Sabirabad rayonun Qaraqaşlı kəndindən bir qızla ailə həyatı qurub. Bu gənclərin ailəsində problem yaranıb. Həyat yoldaşını götürən Beyləqan sakini evdən çıxıb. O, həyat yoldaşını Qaraqaşlı kəndində yaşayan qayınatasının evinə gətirib. Həyat yoldaşını qayınatasının evinə qoyan gənc oğlan daha sonra özünü Kür çayına atıb. Deyilənə görə, mərhumun həyat yoldaşını evdə yola verməyiblər. Buna görə də dəfələrlə bu ailədə narazılıq olub.

Hadisə ilə bağlı hazırda araşdırmalar davam edir.


Hacı Zeynalov


Müəllif: