Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Qaraqutdu kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Məzahir Əliməmmədov bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayonu Çığatay kənd sakini, 1991-ci il təvəllüdlü Səfər Teymurov həbs edilib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Səfər Teymurov bildirib ki, mərhumla şəxsi münasibəıtlər zəminində mübahisəsi baş verib. Onun ifadəsinə görə, mübahisə zamanı qanlı cinayət hadisəsi baş verib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov