13 Avqust 2014 10:26
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmət Bakı Ağır Cinayətlər Məhkəməsində intihara cəhd edən şəxslə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bəzi cinayət törətmiş şəxslər ədalət mühakiməsini həyata keçirən orqanlara təsir göstərmək məqsədi ilə heç bir vasitədən çəkinirlər.

Belə ki, avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2-ci madəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək həbs edilmiş Məmmədov Seymur Həmzə oğlu ona elan edilmiş 14 il 6 ay azadlıqdan məhrumetmə cəzasına etiraz əlaməti olaraq məhkəmə baxışından sonra özünə yüngül bədən xəsarəti yetirib.

Təqsirləndirilən şəxs S.Məmmədov dərhal Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Konvoy taborunun qarovul heyəti tərəfindən zərərsizləşdirilib. Ədliyyə Nazirliyi Tibb xidmətinin əməkdaşları tərəfindən xəsarət almış S.Məmədova peşəkar tibbi yardım göstərilib. Onun sağlamlığı üçün hazırda heç bir təhlükə yoxdur.

Qeyd edək ki, avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşlarının cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə Seymur Məmmədov damarlarını doğrayaraq intihara cəhd edib. Kanvoy intiharın qarsısın alıb. Cinayətdə təqsirli bilinən digər qardaş sakitləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 14 il 6 ay, Murad Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, Seymur Məmmədov hökmə etiraz edib və intihara cəhd edib.

Ötən il sentyabrın 2-də Keşlə qəsəbəsi, M.Hilal küçəsində naməlum şəxs, qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. Elçin Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub. Ondan maddi sübut kimi 1 ədəd 16 kalibrli lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb. İstintaq zamanı qətldə əli olmaqda şübhəli bilinən daha bir nəfər - Seymurun qardaşı Murad da həbs edilib.

Məlumatla görə, qətlə yetirilən şəxs “AMAY” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin yaxın qohumu olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər