Bu gün Bakı Apelyasiya Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin məhkəmə qərarından verdiyi şikayətinə baxılıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin şikayəti üzrə qərar elan edilib. Qərara görə, İntiqam Əliyevin barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı 3 ay müddətinə həbs qəti imkan tədbiri ilə bağlı qərardan verilmiş şikayət təmin edilməyib.
İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri üzrə ittiham elan olunaraq həbs edilib.
Hacı Zeynalov