5 İyun 2018 14:39
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirli bilinən Tərlan Şahkərimov, Elvin Babayev və Murad Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 1-də gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində müştəri kimi taksiyə əyləşən şəxslər mənzil başına çatanda sürücüyə qarşı ağır cinayət törədiblər.

Elxan Veyisov ''102'' zəng mərkəzinə məlumat verib ki, taksi fəaliyyəti göstərərkən Səbail rayonu ərazisində üç nəfər onun avtomobilinə müştəri kimi əyləşərək Xırdalana aparmalarını xahiş ediblər. Deyilən ünvana çatanda həmin şəxslər bıçaqla sürücüyə xəsarət yetirib, onun pulunu və mobil telefonunu alıblar.

Xırdalan sakini Tərlan Şahkərimov, Quba sakinləri Elvin Babayev və Murad Əşrəfov saxlanılıb.

Tərlan Şahkərimovun sözlərinə görə, həmin gün şəhərə gəzməyə çıxıblar. Pulları olmadığından quldurluq etmək qərarına gəliblər. Axşamın düşməsini gözləyən dostlar hədəf kimi taksi sürücüsünü seçiblər.

Bir həyətdə kirayədə yaşayan Tərlan Şahkərimov, Murad Əşrəfov və Elvin Babayev taksi sürücüsündən aldıqları 9 manatı ərazağa xərcləyiblər. Mobil telefon isə Tərlan Şahkərimovda qalıb.

Tərlan Şahkərimovla Murad Əşrəfov əvvəllər müxtəlif maddələrlə məhkum ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər