Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandıqlarını bildiriblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub.
Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.
Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.